Corc Soros

Corc Soros
ing. George Soros
Şəxsi məlumatlar
Doğum adı Schwartz György
Doğum tarixi 12 avqust 1930(1930-08-12)[1][2][…] (93 yaş)
Doğum yeri
Partiya
Təhsili
Fəaliyyəti biznes maqnatı, investor, xeyriyyəçi, filosof, yazıçı, iqtisadçı, maliyyəçi[d], bankir, treyder, sahibkar
Dini ateizm
georgesoros.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Corc Soros (12 avqust 1930[1][2][…], Budapeşt[3]) — Amerikalı maliyyəçi, investor, iş adamı, siyasi fəal və filantropdur.

"Açıq cəmiyyət" nəzəriyyəsinin tanınmış təmsilçisi, eyni adlı institutun qurucusu və bazar fundamentalizmi nəzəriyyəsinin düşmənidir. Fəaliyyəti bir sıra ölkələrdə birmənalı qarşılanmır. Maliyyə möhtəkiri kimi də ad çıxaran Corcun ləqəbi "İngiltərə bankını dağıdan şəxs"dir.

Nüfuzlu "Forbes" jurnalının tərtib etdiyi dünyanın ən zəngin şəxsləri arasında onun adı 29-cu sırada göstərilib. C. Sorosun sərvəti 29 milyard $ məbləğində qiymətləndirilir. Tanınmış filantrop 1979-cu ildən indiyə qədər xeyriyyə işlərinə 6 milyard dollar xərcləyib.

Hal-hazırda o, "Soros" İdarəetmə Fondunun sədri və Açıq Cəmiyyət İnstitutunun rəhbəridir. Həmçinin, o, ABŞ-nin Xarici Əlaqələr Komissiyasının Direktorlar Şurasının keçmiş üzvüdür. Digər tərəfdən, C. Soros Amerika İnkişaf Mərkəzinin üç qurucusundan biridir.

  1. 1 2 Kellner P. George Soros // Encyclopædia Britannica (ing.).
  2. 1 2 George Soros // RKDartists (nid.).
  3. 1 2 Deutsche Nationalbibliothek Record #119160382 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search